Bayden İrana güzəştə gedəcək

Hazırda oxunan: Bayden İrana güzəştə gedəcək

11062

ABŞ Prezidenti Co Bayden rəhbərliyi, İrana iqtisadi təzyiqi azaltmaq imkanlarını nəzərdən keçirir. Bununlada Bayden İrana iqtisadi təzyiqi azaltmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg saytında xəbər verilib.

MÖVZU İLƏ BAĞLI:

Bayden etiraf etdi: “36 milyon amerikalı aclıqdan əziyyət çəkir”


Agentliyin həmsöhbətlərinin dediklərinə görə, ABŞ administrasiyası Beynəlxalq Valyuta Fondundan Tehrana borc verilməsinin, həmçinin İranın koronavirus pandemiyası fonunda humanitar yardım almasına mane olan sanksiyaların azaldılmasının mümkünlüyünü müzakirə edir.

Bloomberg mənbələri bu tədbirlərin ABŞ-ın 2018-ci ildə Donald Trampın prezidentliyi dövründə Vaşinqtonun geri çəkdiyi İranın "nüvə sazişinə" (Birgə Hərtərəfli Fəaliyyət Planı, JCPOA) qayıtması istiqamətində bir addım olduğuna inanır.

Eyni zamanda, İranla neft ticarətinə qoyulan qadağanın ləğvi hələ müzakirə olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin