Türk Dövlətləri Təşkilatının (TDT) onuncu Zirvə görüşünün 2023-cü ildə Qazaxıstanda keçirilməsi planlaşdırılır.
Bizim.Media Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin ölkə lideri Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşünün nəticələrinə dair yaydığı məlumatda deyilir.
“Dövlət başçısı qeyd edib ki, təşkilatın katibliyi qarşısında bu ilin oktyabrında Səmərqənddə keçirilən sammitdə qəbul edilən prioritetləri və təşəbbüsləri səmərəli reallaşdırmaq vəzifəsi dayanır”, - deyə məlumatda bildirilir.
Qazaxıstan Prezidenti, həmçinin Kubanıçbek Ömüralıyevi TDT-nin baş katibi postuna təyin olunması münasibətilə təbrik edib.
“Kasım-Jomart Tokayev bildirib ki, təşkilatın təsisçilərindən biri olan Qazaxıstanın türk dövlətləri ilə çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır və katibliyin işinə maksimum dəstək verəcək.
O, vurğulayıb ki, türk xalqlarının əməkdaşlığının və birliyinin möhkəmləndirilməsi üçün unikal platforma olan təşkilatın rolu və əhəmiyyəti hazırda xeyli artıb. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar TDT ilə ticarət-iqtisadi və mədəni-humanitar əlaqələri genişləndirmək niyyətini ifadə edib”, - deyə mətbuat xidməti əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:29 / 20.12.2022
TDT-nin növbəti sammiti Qazaxıstanda keçiriləcək
Hazırda oxunan: TDT-nin növbəti sammiti Qazaxıstanda keçiriləcək
Hazırda oxunan: TDT-nin növbəti sammiti Qazaxıstanda keçiriləcək
110603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.