“Bizim Rusiya ilə hərbi sahədə əməkdaşlığımız güclənib”x9d.
İran Rusiyadan T-90 tankı almaq niyyətində olduğunu bildirib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İranın quru qoşunlarının komandiri Əhməd Reza Purdastan Tehranda yerli jurnalistlərə açıqlamasında bildirib.
“Bizim Rusiya ilə hərbi sahədə əməkdaşlığımız güclənib. Bu səbəbdən Rusiyadan T-90 tankının alınması gündəmdir. Ümid edirik ki, müvafiq razılıq əldə ediləcək və bizim mütəxəsisslərimiz Rusiyaya bu müasir texnikanın istifadə edilməsi qaydalarını öyrənmək üçün yollanacaqlar”x9d, - general deyib.xa0


































































































