"Ukraynada sülh danışıqları yaxın gələcəkdə çətin ki mümkün olsun, hərbi qarşıdurma davam edəcək".
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş bildirib.
“Yaxın gələcəkdə effektiv sülh danışıqlarının mümkünlüyü ilə bağlı nikbin deyiləm. Hesab edirəm ki, hərbi qarşıdurma davam edəcək və ciddi sülh danışıqlarının mümkün olacağı anı hələ gözləməli olacağıq.
Yaxın gələcək üçün bunu görmürəm, ona görə də səyləri vəziyyətin digər aspektlərinə - taxıl müqaviləsinin səmərəliliyinin artırılmasına, ona yeni komponentlərin daxil edilməsinə, yəni ammonyakın ixracının əlavə edilməsinə yönəldirik. Biz, həmçinin əsirlərin mübadiləsinin sürətləndirilməsində də maraqlıyıq”, -deyə baş katib bildirib.
Quterreşin sözlərinə görə, 2023-cü ildə Ukraynada münaqişəyə son qoyulmasına nail olmaq mümkündür.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:52 / 19.12.2022
BMT Baş katibi: "Ukraynada sülh danışıqları gözlənilmir, hərbi qarşıdurma davam edəcək"
Hazırda oxunan: BMT Baş katibi: "Ukraynada sülh danışıqları gözlənilmir, hərbi qarşıdurma davam edəcək"
Hazırda oxunan: BMT Baş katibi: "Ukraynada sülh danışıqları gözlənilmir, hərbi qarşıdurma davam edəcək"
110499
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.