Aİ-nin Monitorinq Missiyası Ermənistanda işini YEKULAŞDIRDI – Lakin…

Hazırda oxunan: Aİ-nin Monitorinq Missiyası Ermənistanda işini YEKULAŞDIRDI – Lakin…

110490

Oktyabrda Ermənistana göndərilmiş Aİ-nin Monitorinq Missiyası (EUMCAP) öz mandatını bu gün tamamlayıb. 

Bizim.Media erməni KİV-nə istinadın xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. 

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bununla bağlı qeyd edib ki, missiyanın işi öz regionda sabitliyə öz töhfəsini verib: 

"Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında əldə edilmiş razılaşmaya əsasən, EUMCAP oktyabrın 20-də vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədi ilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdirilib. 
Monitorinq aparan 40 ekspertin yerləşdirilməsi öz töhfəsini verdi və qeyri-sabit vəziyyətdə etimadın yaradılmasına təkan verdi. Bu gün biz Aİ-nin Cənubi Qafqazda fəaliyyətinin yeni mərhələsinə başlayırıq və bu, mümkün olan vəziyyətə zəmin hazırlayacaq keçid qrupu ilə başlayır. Aİ-nin Ermənistandakı daha uzunmüddətli missiyasının əsas məqsədi regionda davamlı sülhə töhfə verməkdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin