İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının investisiya naziri, iki ölkə arasında Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdül-Əziz Əl-Falih ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.
Məlumata görə, nazir Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyini vurğulayıb.
Nazir iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən sənaye, enerji və kənd təsərrüfatı sahələrinə investisiya qoyuluşu, Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirakı imkanlarını qeyd edib.
Xalid bin Əbdül-Əziz Əl-Falih isə ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin, aparılan müzakirələrin iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, yeni birgə layihələrin icrası perspektivlərindən danışıb.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişafı, investisiya sahəsində yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdən sonra rəsmilər sahibkarlarla görüşüb, biznes dialoqun genişləndirilməsini müzakirə edib, təklifləri dinləyiblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:08 / 19.12.2022
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi - FOTO
Hazırda oxunan: Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi - FOTO
Hazırda oxunan: Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi - FOTO
110463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.