Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu dekabrın 18-də bildirib ki, Türkiyə 2023-cü ildə öz istehsalı olan ilk rabitə peykini aşağı Yer orbitinə çıxarmağı planlaşdırır.
Bizim.Media xəbər verir verir ki, bu barədə informasiyanı Anadolu agentliyi yayıb.
Onun sözlərinə görə, peykin uçuş modelinin istehsalı və sınaqları Türkiyənin Kosmik Sistemlərin İnteqrasiya və Sınaq Mərkəzində (USET) həyata keçirilir. Eyni zamanda, peykin mühəndis modeli üzərində bütün işlər 2022-ci ilin avqustunda tamamlanıb.
Türksat 6A kosmosa buraxıldıqdan sonra Türkiyə öz rabitə peyklərini istehsal edə bilən ilk on ölkə siyahısına daxil olacaq.
Nazir xatırladıb ki, kosmosa peykin buraxılması ilə bağlı müqavilə Türkiyə ilə Space X arasında 2021-ci ilin iyulunda imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:25 / 19.12.2022
Türkiyə 2023-cü ildə ilk rabitə peykini orbitə çıxaracaq
Hazırda oxunan: Türkiyə 2023-cü ildə ilk rabitə peykini orbitə çıxaracaq
Hazırda oxunan: Türkiyə 2023-cü ildə ilk rabitə peykini orbitə çıxaracaq
110381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.