Koreya Xalq Demokratik Respublikası (KXDR) dekabrın 18-də Yapon dənizi istiqamətində 2 ballistik raket buraxıb.
Bizim.Media xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Raketlərin Şimali Koreyanın Şimali Pyonqan vilayətindəki Tonqçanq adlı ərazidən yerli vaxtla saat 11:13-də və 12:05-də buraxıldığı bildirilir.
Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı ABŞ-dan olan həmkarları ilə birgə Şimali Koreyanın nüvə-raket fəaliyyətini davamlı nəzarətdə saxladıqlarını açıqlayıb.
Qeyd edək ki, Pxenyan cari ildə 62 ballistik raket buraxılışı həyata keçirib. İndiyədək Şimali Koreya il ərzində bu qədər raket buraxmayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:33 / 18.12.2022
Şimali Koreya daha 2 ballistik raket buraxdı - Cari ildə sayı 62-yə çatdı
Hazırda oxunan: Şimali Koreya daha 2 ballistik raket buraxdı - Cari ildə sayı 62-yə çatdı
Hazırda oxunan: Şimali Koreya daha 2 ballistik raket buraxdı - Cari ildə sayı 62-yə çatdı
110227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.