Aİ sanksiyalarından qorxan Mask bu QƏRARINI DƏYİŞDİ 

Hazırda oxunan: Aİ sanksiyalarından qorxan Mask bu QƏRARINI DƏYİŞDİ 

110213

“Twitter”in rəhbəri İlon Mask Avropa İttifaqının (Aİ) sosial şəbəkəyə sanksiya tətbiq etmək istəyinin ardından jurnalistlərin hesablarını yenidən aktivləşdirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Aİ söz və mətbuat azadlığını təmin etmədiyi üçün “Twitter”ə sanksiya tətbiq etməyə qərar verib.

Lakin Mask bunun qarşısını almaq üçün hesablarını dondurduğu jurnalistlərin profillərini yenidən aktivləşdirib.

Qeyd edək ki, daha əvvəl amerikalı milyarder “CNN”, “The Washington Post”, “The New York Times”, “Mashable” və “The Interceptin”in  müxbirləri və bəzi müstəqil jurnalistlərin hesablarını dondurub.
Buna səbəb bəzi həmin jurnalistlərin Mask barədə yazdıqları yazılar olub. Belə ki, onlar İlon Maskın “Twitteri” qeyri-qanuni yolla satın almasının təfərrüatları haqqında yazılar dərc ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin