Donald Tramp 3 ittihamla MÜHAKİMƏ EDİLƏ BİLƏR 

Hazırda oxunan: Donald Tramp 3 ittihamla MÜHAKİMƏ EDİLƏ BİLƏR 

110167

ABŞ Parlamentində Donald Trampa qarşı 3 ittiham irəli sürür.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Konqresinin xüsusi komitəsi Ədliyyə Departamentinə eks-prezidentə qarşı üç ittiham irəli sürməyi tövsiyə edə bilər. Bunlar qiyam, istintaqa maneçilik və ABŞ hökumətini aldatmaq cəhdləridir.
Bildirilir ki, tövsiyyələri əks etdirən hesabata bazar ertəsi, dekabrın 19-da baxılacaq.

Qeyd edək ki, hələ noyabr ayında Tramp qiyam ittihamı ilə bağlı ifadə vermək üçün çağırış vərəqəsinə məhəl qoymayaraq polis idarəsinə getməyib.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da seçkinin nəticələri ilə razılaşmayan tərəfdarları Kapitoliyə soxularaq Konqresin iclasını pozublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin