BMT Baş Assambleyasının Prezidenti Ksaba Korosi Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının Prezidenti "Twitter"də bildirib.
"Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev ilə görüşməkdən məmnun oldum.
Qoşulmama Hərəkatına uğurlu sədrliyi üçün Azərbaycanı yüksək qiymətləndiririk.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik prioritetləri, COVID-19-dan sonrakı bərpada əməkdaşlıq, su idarəçiliyi və elm sahəsində sinergiyanın maksimuma çatdırılması müzakirə edildi".
Bizim.Media
A pleasure to meet Deputy Foreign Minister of Azerbaijan?? H.E. Fariz Rzayev.
— UN GA President (@UN_PGA) December 16, 2022
Commended Azerbaijan for its successful chairmanship of the #NAM.
Discussed ??’s NAM chairmanship priorities, response to post COVID-19 recovery & maximising synergies on water and science. pic.twitter.com/3KeFiEplOS