“Rəsmi Moskva Mərkəzi Afrika Respublikasında “Rus evi”nin rəhbəri Dmitri Sıtıya qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyanların müəyyən edilərək cəzalandırılacağına ümid edir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
"Biz Banqidəki “Rus evi”nin fəaliyyətinə açıq şəkildə mane olmaq, daha geniş mənada isə ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafına zərər vurmaq məqsədi daşıyan bu cinayət əməlini qətiyyətlə pisləyirik.
Ümid edirik ki, Mərkəzi Afrika Respublikasının səlahiyyətli orqanları tərəfindən operativ tədbirlər nəticəsində bu vəhşiliyin təşkilində və törədilməsində günahkar olanlar müəyyən edilərək layiqli cəzalarını alacaqlar”, - deyə Rusiya XİN-nin məlumatında bildirilib.
Qeyd edək ki, bu gün Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərində yerləşən “Rus evi”nin rəhbəri Dmitri Sıtıy sui-qəsdə məruz qalıb. Belə ki, ona naməlum kəslər tərəfindən göndərilən bağlamanı açmaq istərkən baş verən partlayış nəticəsində ciddi xəsarət alıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:00 / 17.12.2022
Kremldən Mərkəzi Afrikadakı “Rus evi”nin rəhbərinə təşkil edilən sui-qəsdlə bağlı REAKSİYA
Hazırda oxunan: Kremldən Mərkəzi Afrikadakı “Rus evi”nin rəhbərinə təşkil edilən sui-qəsdlə bağlı REAKSİYA
Hazırda oxunan: Kremldən Mərkəzi Afrikadakı “Rus evi”nin rəhbərinə təşkil edilən sui-qəsdlə bağlı REAKSİYA
110082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.