Bu ölkə Ukraynanın Avropa İttifaqına üzv olmasını istəyir

Hazırda oxunan: Bu ölkə Ukraynanın Avropa İttifaqına üzv olmasını istəyir

110078

“Ukraynanın Avropa İttifaqına üzv olmasının tərəfdarıyıq”.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstan Baş nazirinin müşaviri Balaz Orban bildirib.

O, qeyd edib ki, hökumətin bunun ən qısa zamanda baş verəcəyinə ümid edir.

B.Orban Aİ-yə üzv dövlətlərin bu prosesi sürətləndirmək üçün Avropa Komissiyasına təzyiq göstərməli olduğunu vurğulayıb.

Eyni zamanda, müşavir rəsmi Budapeştin Rusiya ilə münasibətlərdən əl çəkmək niyyətində olmadığını bildirib. B.Orban qeyd edib ki, Macarıstanın mövqeyi əlaqələri qorumaq ideyasına əsaslanır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin