Almaniyanın paytaxtı Berlində yerləşən Radisson Blu otelinin foyesindəki akvarium partlayıb.
Bizim.Media "The Guardian"a istinadən xəbər verir ki, içində 1500 tropik balıq olan 1milyon litrlik akvariumun partlaması nəticəsində oteli və yaxınlıqdakı küçələri su basıb.
"AquaDom" adlı akvarium 14 m hündürlükdədir və dünyanın ən böyük silindrik akvariumu hesab edilir.
Hadisə yerinə 100-dən çox yanğınsöndürən cəlb edilib, lakin 12,8 milyon avroluq (11,2 milyon funt sterlinq) akvariumun hansı səbəbdən dolayı qırıldığı hələ məlum deyil.
Bizim.Media