Ukrayna XİN-dən BƏYANAT: "Saakaşvilinin cəzası təxirə salınsın"

Hazırda oxunan: Ukrayna XİN-dən BƏYANAT: "Saakaşvilinin cəzası təxirə salınsın"

109890

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili ilə bağlı bəyanat yayıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda hazırda Tbilisidəki klinikalardan birində müalicə alan Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin səhhətinin əhəmiyyətli dərəcədə pisləşməsindən dərin narahatlıq ifadə edilib. 

“Ukrayna vətəndaşının vəziyyətinin ağır olduğunu nəzərə alaraq, biz Gürcüstan tərəfini ona lazımi tibbi yardım göstərməyə, habelə Mixeil Saakaşvilinin daha sonra Avropa və ya Amerika klinikalarından birinə köçürülməsi üçün cəzasının təxirə salınması tələbini təmin etməyə çağırırıq”, - deyə bəyanatda qeyd edilib. 
XİN-in bəyanatında, Gürcüstan hakimiyyətini Ukrayna Ali Radasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Dmitri Lubinetsin Mixeil Saakaşvili ilə görüşməsinə icazə verməyə çağırıb: 

“Ukrayna Gürcüstan ərazisində olan Ukrayna vətəndaşlarının, xüsusən də azad edilməli olan Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin qanuni hüquq və mənafelərinin qorunmasına bundan sonra da xüsusi diqqət yetirəcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin