Qətər və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi QEYD EDİLƏCƏK 

Hazırda oxunan: Qətər və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi QEYD EDİLƏCƏK 

109873

Gələn il Qətər və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Al Hinzab məlumat yayıb. 

Diplomat bildirib ki, Qətər Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsində, əsasən investisiya imkanlarının, genişləndirilməsində və ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlıdır. 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasında münasibətlər inkişaf edir: 

"Milli Günün” qeyd olunması bu il xüsusi əhəmiyyət kəsb edir, çünki bayram Qətərin FİFA-ya ev sahibliyi etməsi ilə üst-üstə düşür. Bu iki tədbir Qətər xalqının birliyini və mədəniyyətini dünyaya nümayiş etdirmək imkanı yaradır. Bu ərəfədə ölkəmizə səyahət edənlər tariximizin və günümüzün parlaq sahələri və digər mədəniyyətlərdə sivil qarşılıqlı əlaqəyə inamımızla tanış olublar". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin