Misir hökuməti tədqiqat işlərinə, həmçinin ölkədə yeni neft və qaz yataqlarının kəşfiyyatına 8 milyard ABŞ dolları ayırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Misirin neft və mineral resurslar naziri Tarek əl-Mulla bildirib.
Nazir bildirib ki, ölkə ərazisində neft və qazın tədqiqi, kəşfiyyatı, eləcə də hasilatı sahəsində fəaliyyətilərini davam etdirəcəklər. “Hökumət yeni yataqların tədqiqi və kəşfiyyatı üçün 8 milyard dollar ayırmağı planlaşdırıb”, - o deyib.
Nazir qeyd edib ki, Misir tərəfi kəşfiyyat və xammal ehtiyatlarının təsdiqi prosesini sürətləndirmək üçün beynəlxalq şirkətlərlə koordinasiya yaratmağa çalışır. O, hökumətin planına əsasən, ölkədə artıq 118 quyunun müəyyən edildiyini və onların ilkin istismara hazır olduqlarını vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:48 / 15.12.2022
Misir neft və qaz yataqlarının kəşfiyyatına 8 milyard dollar xərcləyəcək
Hazırda oxunan: Misir neft və qaz yataqlarının kəşfiyyatına 8 milyard dollar xərcləyəcək
Hazırda oxunan: Misir neft və qaz yataqlarının kəşfiyyatına 8 milyard dollar xərcləyəcək
109869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.