Krımın “rəhbəri” Zelenskinin Yaltadakı villasını “milliləşdirmək” istəyir

Hazırda oxunan: Krımın “rəhbəri” Zelenskinin Yaltadakı villasını “milliləşdirmək” istəyir

109774

Rusiya tərəfindən işğal edilən Krımın “rəhbəri” Sergey Aksyonov Ukrayna prezidenti Volodimir Zelenskinin Yaltadakı villasını “milliləşdirmək” istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb

"Prinsipcə, ondan alıb kiməsə verəcəyik!", deyə Aksenov bildirib.

Livadiya sarayı ilə üzbəüz dəniz kənarında yerləşən villa prezidentin həyat yoldaşı Yelena Zelenskayaya məxsusdur və 2013-cü ildə alınıb.

Mənbə qeyd edir ki, bu il mart ayının sonlarında Zelenskinin Yaltadakı villası ukraynalı siyasətçilərin “milliləşdirilməyə” məruz qalan əmlakları siyahısına daxil edilib.

Rieltorlar bildiriblər ki, Ukrayna prezidentinin villasını təxminən 74 milyon rubl qiyməti var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin