ÜST koronavirusun bitəcəyi vaxtı AÇIQLADI  

Hazırda oxunan: ÜST koronavirusun bitəcəyi vaxtı AÇIQLADI  

109671

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus COVID-19 səbəbiylə 2020-ci ildən qüvvədə olan beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə halının (PHEIC) 2023-cü ildə sona çatacağına ümid etdiyini bildirib. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə o, çərşənbə günü Cenevrədə keçirilən mətbuat konfransında bildirib. 

“Ümid edirik ki, gələn il nə vaxtsa COVID-19-un artıq qlobal fövqəladə hal olmadığını söyləyə biləcəyik”, - o deyib. 

ÜST rəhbəri xatırladıb ki, bir il əvvəl koronavirusun omikron ştammı aşkar ediləndə xəstəlik hər həftə təxminən 50 min insanın həyatına son qoyurdu, ötən həftə isə dünyada 10 mindən az insan COVID-dən ölüb. Baş direktorun sözlərinə görə, dünya koronavirus pandemiyası ilə mübarizədə hələ də qeyri-müəyyənliklər və çətinliklərlə üzləşir.
“Aşağı gəlirli ölkələrdə hər beş nəfərdən yalnız biri COVID-ə qarşı peyvənd olunub, müalicə vasitələrinə çıxış isə qəbuledilməz dərəcədə qeyri-bərabər olaraq qalır”, - o söyləyib. 

“Hazırda vəziyyət xeyli yaxşı olsa da, infeksiyaya qarşı mübarizə davam etdirilməlidir. Virus bizimlə qalacaq. Məsələ onunla necə mübarizə aparacağımızdır”, - ÜST rəhbəri bildirib. O, artıq bəşəriyyətin koronavirusla mübarizə vasitələrinə malik olduğuna da diqqət çəkib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin