Qazaxıstanda hökumət üzvlərinin qarşısına tələb qoyuldu 

Hazırda oxunan: Qazaxıstanda hökumət üzvlərinin qarşısına tələb qoyuldu 

109670

Qazaxıstanın Baş naziri Əlixan Smailov hər kəsin təəccübünə səbəb olacaq açıqlamaları ilə gündəmə gəlib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Baş nazir işləyə bilməyən nazirlərdən danışıb.

O qeyd edib ki, qarşıya qoyulan vəzifələri həll edə biləcəklərinə əmin olmayan hökumət üzvləri istefa verə bilərlər.  

"Dövlət başçısı bizdən bu suala dəqiq cavab gözləyir: hökumətin bu tərkibi ilə yeni ilə qədəm qoymaq olarmı? Mən Baş nazir kimi bəyan etmək istəyirəm ki, hər şeyi edəcəyəm ki, prezidentin qarşıya qoyduğu vəzifələr yerinə yetirilsin”, - deyə o bildirib. 
Ə.Smailovun sözlərinə görə, hər bir Qazaxıstan vətəndaşının nəticəni hiss etməsi üçün hökumətin hər bir üzvünün səmərəli işləməsi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin