BMT-də İran əleyhinə səsvermə - Daha bir Komissiyadan çıxarılır 

Hazırda oxunan: BMT-də İran əleyhinə səsvermə - Daha bir Komissiyadan çıxarılır 

109666

BMT-də İranın 2026-cı ilə qədər Təşkilatın Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılması məsələsi qaldırılıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, sözügedən məsələ BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən gündəmə gətirilib.  

Məlumata görə, ABŞ İranda son aylarda davam edən etirazlar zamanı qadınların hüquqlarının pozulmasını əsas gətirərək bu ölkənin komissiyadan çıxarılması təşəbbüsü ilə çıxış edib. 

29 ölkə çıxarılmanın lehinə, 8-i əleyhinə, 16-sı bitərəf qalıb. Avstriya, Argentina, Belçika, Benin, Bolqarıstan, Böyük Britaniya, Qvatemala, Yunanıstan, İsrail, İtaliya, Danimarka, Kanada, Kolumbiya, Latviya, Liberiya, Liviya, Yeni Zelandiya, Panama, Peru, Portuqaliya, Koreya Respublikası, ABŞ, Finlandiya, Fransa, Xorvatiya, Monteneqro, Çexiya, Çili və Yaponiya lehinə səs verib. 
Boliviya, Zimbabve, Qazaxıstan, Çin, Nigeriya, Nikaraqua, Oman və Rusiya əleyhinə səs verib. 

Banqladeş, Beliz, Botsvana, Qabon, Hindistan, İndoneziya, Kot-d'İvuar, Mavrikiy, Meksika, Madaqaskar, Konqo Respublikası, Solomon adaları, Tayland, Tanzaniya, Tunis və Esvatini isə bitərəf qalıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin