8 uşaq anası məhkəmə qarşısına çıxarılacaq – Bu gün

Hazırda oxunan: 8 uşaq anası məhkəmə qarşısına çıxarılacaq – Bu gün

10959

ABŞ-da səkkiz uşaq anası olan Reyçel Pauell Kapitoli binası qarşısındakı iğtişaşlarda iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “CBS” televiziya kanalı federal səlahiyyətlilərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qadın bu gün məhkəmə qarşısına çıxarılacaq.

R. Pouell Kapitoliyə hücum etməkdə şübhəli bilinir. O, əlində səsgücləndirici ilə nümayişçilərə hara getməli olduğu barədə təlimatlar verib.

Qeyd edək ki, ABŞ-da 120-dən çox sakinə qarşı Vaşinqtonda iğtişaşlar təşkil etmək və yanvarın 6-da Kapitoli binasını ələ keçirmək üzrə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin