İrəvan rus sülhməramlılarına alternativ variant axtarır – SPİKER AÇIQLADI

Hazırda oxunan: İrəvan rus sülhməramlılarına alternativ variant axtarır – SPİKER AÇIQLADI

109569

“Ola bilsin ki, gələcəkdə Rusiyanın sülhməramlı missiyasına alternativ variant nəzərdən keçirilsin”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. 

Onun sözlərinə görə, məqsəd Qarabağda müvəqqəti yaşayan ermənilərin təhlükəsizliyini təmin etməkdir:

“Mümkün variant kimi, bunlar ATƏT-in Minsk Qrupuna (dəfn olunan) üzv ölkələrin iştirakı ilə müşahidəçilər ola bilər".

Xatırladaq ki, 3 gündür ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar Qarabağdakı ekoloji terrora qarşı etiraz aksiyası keçirir. Nəticədə rus sülhməramlıları Laçın yolunu bağlayıb. Bu baxımdan rəsmi İrəvanın onlara etibarı qalmayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin