Çin ABŞ sanksiyalarına qarşı belə TƏDBİR GÖRƏCƏK 

Hazırda oxunan: Çin ABŞ sanksiyalarına qarşı belə TƏDBİR GÖRƏCƏK 

109430

Çin ABŞ sanksiyalarına qarşı müxtəlif şirkətlərə 1 trilyon yuandan (təxminən 143 milyard ABŞ dolları) dəyərində maliyyə yardımı paketi ayırmağı planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb. 

Məlumata görə, milyardlarla dollar vəsaitin ayrılması çiplərdə özünü təmin etmək üçün mühüm addımdır və Pekin bu tədbirləri əsasən subsidiyalar və vergi güzəştləri şəklində həyata keçirəcək. 
Nəşr yazır ki, sözügedən plan 2023-cü ilin birinci rübündə həyata keçirilə bilər.

Maliyyə yardımının böyük hissəsi yerli firmalar tərəfindən Çin avadanlıqlarının alınmasını subsidiyalaşdırmaq üçün istifadə olunacaq. Yeni tədbirlərə əsasən, şirkətlər satınalmalarda 20 faiz subsidiya almaq hüququ qazanacaqlar. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin