Rəsmi Vaşinqtondan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Hazırda oxunan: Rəsmi Vaşinqtondan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

109302

Vaşinqton Azərbaycan-Ermənistan münaqişəsi ətrafındakı vəziyyəti və Rusiya prezidenti Vladimir Putinin bu məsələ ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə son danışıqlarını izləyir.

Bizim.Media xəbər verir ki, bu fikirləri gündəlik mətbuat konfransında ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays səsləndirib.

“Biz ardıcıl olaraq hər iki ölkəni gərginliyin azaldılmasına çağırırıq. Xatırladıram ki, Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində görüş təşkil etdik. Biz BMT Baş Assambleyası zamanı Nyu-Yorkda da eyni şeyi etdik.

Bundan əlavə, baş məsləhətçimiz Filip Riker hər iki ölkənin rəsmiləri ilə fəal şəkildə dialoq aparır. Gərginliyi azaltmaq üçün mümkün olan hər şeyi edirik”, deyə o vurğulayıb.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin