Ukrayna İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə “İmtiyazlar və immunitetlər haqqında” saziş bağlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal teleqram kanalında bildirib.
O, bildirib ki, sənəd rəsmi Kiyevə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, belə desək, Əlaqə bürosunun fəaliyyətə başlaması üçün rəsmi əsas verir.
“Ukrayna OECD-nin potensial üzvü kimi tanındığından, ofis 2026-cı ilə qədər bərpa zamanı dövlətimizə dəstək vermək üçün fəaliyyət göstərəcək”, - D.Şmıqal məsələyə aydınlıq gətirib.
Siyasətçi əlavə edib ki, OECD Marşal planının müştərək icraçısı olub və indi Ukraynanın bərpasına kömək edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:44 / 13.12.2022
Ukraynanın bərpası üçün saziş imzalandı
Hazırda oxunan: Ukraynanın bərpası üçün saziş imzalandı
Hazırda oxunan: Ukraynanın bərpası üçün saziş imzalandı
109256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.