Ərəblər Türkiyəni Rusiyaya belə satdı...

Hazırda oxunan: Ərəblər Türkiyəni Rusiyaya belə satdı...

109254
Ölkə.Az xəbər verir ki, sərhədi pozduğu üçün vurulan rus təyyarəsindən sonra Türkiyəyə daha bir zərbəni AKP-nin ən yaxın müttəfiqlərindən olan ərəblərdən gəlib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi xəbər agentliyinin yaydığı məlumata əsasən, Əbu-Dabidə təşkil edilən Rusiya-BƏƏ konfransında danışan xarici işlər naziri Abdullah bin Zayid son baş verənlərdən danışıb.

"Başda Sinay yarımadasında düşən rus sərnişin təyyarəsi və Suriyada vurulan hərbi təyyarə olmaqla, son zamanlarda həyata keçirilən zərbələri qınayıram", - deyə nazir qeyd edib.

BƏƏ rəsmisinin bu çıxışı sosial mediada da geniş əks-səda yaradıb. Belə ki, AKP-nin ən çox güvəndiyi ölkələrdən olan BƏƏ Rusiyaya dəstək çıxıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin