Sankt-Peterburq mədəniyyət paytaxtı elan edildi

Hazırda oxunan: Sankt-Peterburq mədəniyyət paytaxtı elan edildi

109226

Rusiyanın Sankt-Peterburq şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburqun mədəniyyət komitəsinin sədri Stanislav Moldovanov məlumat verib. 

Məlumata görə, təqdimat mərasimi dekabrın 12-də Daşkənddə keçirilən MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində keçirilib. 

Komitə sədrinin sözlərinə görə, Rusiyanın mədəniyyət paytaxtı olan Sankt-Peterburq üçün 2023-cü ildə bütün MDB-nin mədəniyyət paytaxtına çevrilməsi sevindirici hadisədir. 

Qeyd edək ki, hər il Birliyin şəhərlərindən birinə MDB-nin mədəniyyət paytaxtı fəxri statusu verilir. Belə ki, 2010-cu ildən etibarən təşkil olunan mərasimdə növbəti paytaxt MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurası tərəfindən təsdiq edilir. 

Proqram MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yardımı ilə həyata keçirilir. 

2022-ci ildə bu statusa Qırğızıstanın Karakol şəhəri layiq görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin