Putin bu səbəbdən nüvə silahından İSTİFADƏ ETMƏYƏCƏK – Zelenski AÇIQLADI 

Hazırda oxunan: Putin bu səbəbdən nüvə silahından İSTİFADƏ ETMƏYƏCƏK – Zelenski AÇIQLADI 

109219

“Putin ölümdən qorxur, ona görə də Ukraynada nüvə silahından istifadə etməyəcək”.

Bizim.Media xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə “Netflix” şousunun xüsusi buraxılışında bildirib. 

Zelenski qeyd edib ki, Putin xəstəlikdən qorxduğu üçün görüşləri geniş masa ətrafında təşkil edir: 

"Onun (Rusiya prezidentini nəzərdə tutur – red.) yaşamaq istəyini gördüm. Hətta o, uzun bir masa arxasında oturur ki, COVID və ya başqa bir xəstəliyə yoluxmasın. Bu, onun ölümdən qorxduğunu və həyatı sevdiyini göstərir. Mən inanmıram ki, o, nüvə silahından istifadə etməyə hazırdır. Çünki Putin özü də başa düşür ki, əgər belə edərsə, növbəti addımlar hər hansı dövlətdən konkret olaraq ona, şəxsən özünə aid cəza tədbirləri olacaq”. 

Zelenski əlavə edib ki, Putin ukraynalı körpələrin uşaqlığını oğurlayıb:

"Bir tərəfdən deyə bilərik ki, Putin övladlarımızın uşaqlığını əllərindən alıb. Digər tərəfdən, vətəni qorumaq üçün hər birimiz dövlətə nəsə verməliyik... Bizim övladlarımız isə öz uşaqlığını qurban verib". 

O, Ukraynada müharibənin yalnız Putin öləndə bitəcəyini qeyd edib. 

Ukrayna rəhbəri qələbədən sonraki dövr üçün gələcəyi barədə hələ düşünmədiyini, lakin o vaxta qədər vəzifəsində qalacağını açıqlayıb: 

“Qələbəmizə qədər mən mütləq prezident olacağam. Sonrasını heç düşünmürəm. Hələ ki, düşünmürəm, buna hazır deyiləm. Açığı, mən müharibədə qələbə qazanandan sonra dəniz və pivə içmək istəyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin