Fransanın Moskvadakı səfirliyinə daha bir müəmmalı baglama göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti”yə səfirlikdəki mənbədən bildirilib.
Məlumata görə, bağlamanın içərisində ölmüş siçan və hörümçək cəsədləri olub.
Rusiya polisi insidentlə bağlı araşdırmalara başlayıb.
Mənbənin məlumatına görə, bu bağlama da səfirliyə Krım bölgəsinin notarial kontoru tərəfindən göndərilib.
Qeyd edək ki, daha əvvəl yay aylarında da Krım notariatından Fransanın Moskvadakı səfirliyinə içərisində sümüklər və bir məktub olan bağlama göndərilib. Bağlamanın üzərində isə 2006-cı ildə Romada vəfat edən bir sıra tanınmış filmlərin prodüseri Pietro Notarianni adından göndərildiyi qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:03 / 12.12.2022
Fransanın Moskvadakı səfirliyinə müəmmalı BAĞLAMA göndərildi – İçərisində…
Hazırda oxunan: Fransanın Moskvadakı səfirliyinə müəmmalı BAĞLAMA göndərildi – İçərisində…
Hazırda oxunan: Fransanın Moskvadakı səfirliyinə müəmmalı BAĞLAMA göndərildi – İçərisində…
109214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.