Türkiyə Bosfor boğazını Rusiyanın üzünə bağladı - VİDEO

Hazırda oxunan: Türkiyə Bosfor boğazını Rusiyanın üzünə bağladı - VİDEO

109208
Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri deyib.
 
Məlumata görə, Türkiyə ötən gündən başlayaraq gəmilərə çətinliklər yaratmağa başlayıb.
 
Hazırda vəziyyətin gərgin olaraq qaldığı və onlarla gəminin Qara dənizin boğaza yaxın hissəsində gözlədildiyi bildirilir.
 
Türk mediası isə rus gəmilərinin Boğazdan keçidində hər hansı maneə barədə xəbər yaymayıb.
 
Qeyd edək ki, 1936-cı ildə imzalanmış “Montre boğazlar konvensiyası”x9d müharibə və ya müharibə təhlükəsi zamanı Türkiyəyə bəzi statuslar verir. Əgər Türkiyə özünü müharibə təhlükəsi qarşısında görərsə, boğazlardan istədiyi kimi istifadə edə bilər. Sazişə görə, bu qaydanın qüvvəyə minməsi üçün Millətlər Cəmiyəti Şurasının 2/3 dəstəyi lazımdır. Lakin İkinci Dünya müharibəsindən sonra Millətlər Cəmiyyəti ləğv olunub və onun funksiyalarını BMT yerinə yetirir. Məhz bu səbəbə görə, həmin qaydanın istifadə olunub-olunmayacağı barədə qeyri-müəyyənlik var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin