Didye Deşamla yeni müqavilə imzalanacaq

Hazırda oxunan: Didye Deşamla yeni müqavilə imzalanacaq

109205

Fransa millisinin baş məşqçisi Didye Deşamın hansı tarixə qədər vəzifədə qalacağı məlum olub.

Bizim.Media Fransanın “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, adıçəkilən məşqçi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının sonuna qədər vəzifəsində qalacaq. 

Fransa Futbol Federasiyası onunla yeni müqavilə ilə bağlı razılığa gəlib. Yeni sözləşmə 2 illik nəzərdə tutulub. 

Xəbərdə qeyd olunub ki, Deşamla DÇ-2022-dən sonra müqavilə uzadılacaq. Milli komandanın DÇ-2022-dəki nəticəsinin yeni müqaviləyə təsiri olmayacağı bildirilib. 

Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa yığmasını çalışdırır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin