Təbrizdə azərbaycanlı cütlük həbs edildi 

Hazırda oxunan: Təbrizdə azərbaycanlı cütlük həbs edildi 

109101

Oktyabrın 8-də Təbrizin Şahnaz məhəlləsində saxlanılan Mehrdad Əlayi Vəli və xanımı Nəyyir Sənəndəcian Hökmabadi barəsində həbs cəzası çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Araznews nəşrində yer alıb.

Mənbə yazır ki, onlar "qanunsuz aksiyada iştirak" ittihamına görə iki il həbs cəzasına məhkum edilməklə yanaşı, 2 il müddətinə ölkədən çıxışlarına da qadağa qoyulub.

Təbriz həbsxanasında tutulan azərbaycanlı cütlüyün barəsində çıxarılan həbs qərarı Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin