“Rusiyaya məxsus olan və Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlıların fəaliyyəti heç sülhə və təhlükəsizliyə xidmət etmir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər AzTV-də yayımlanan “Həftə” proqramında yer alıb.
Aparıcının sözlərinə görə, hələ ötən həftə Qarabağda monitorinq keçirməyə çalışan Azərbaycan nümayəndə heyətinin qarşısında canlı sipər yaradan Rusiya sülhməramlıları görəsən nəyə xidmət edir:
“Sülhə, təhlükəsizliyə yoxsa tikinti sektoruna? Azərbaycan jurnalistlərini işğaldan azad olunan Qarabağa buraxmağa canı çıxan, imkan verməyən, sanki bir terrorçu kimi qarşısına sədd çəkən sülhməramlılar yola saldığımız həftədə erməni əsilli komik Ararat Keşyanın Ağdamın Ballıqaya kəndində uşaq baxçası tikməsi üçün göndərdiyi taxta-şalbanı fəhlə kimi daşıyır.
Vallah, bunların belə bacarığı varsa, bizdə də yol çəkilişlərində, körpülərin, evlərin tikintisində sülhməramlılardan istifadə edərdik”.
Daha ətraflı videoda:
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:19 / 11.12.2022
“Rusiya sülhməramlıları Qarabağda görəsən nəyə xidmət edir?” - VİDEO
Hazırda oxunan: “Rusiya sülhməramlıları Qarabağda görəsən nəyə xidmət edir?” - VİDEO
Hazırda oxunan: “Rusiya sülhməramlıları Qarabağda görəsən nəyə xidmət edir?” - VİDEO
109075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.