Makron 4 il öncə Paşinyan haqda hansı sözləri deyib?

Hazırda oxunan: Makron 4 il öncə Paşinyan haqda hansı sözləri deyib?

109027

2018-ci ildə Nikol Paşinyanın qılıncının həm sağı, həm də solu kəsən zaman “Azadlıq” radiostansiyasının müxbiri Fransa prezidenti Emmanuel Makrondan baş nazir Nikol Paşinyan haqqında təəssüratının necə olduğunu soruşub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “hraparak.am” saytında yer alıb.

Hər kəs gözləyib ki, Makron onunla etdiyi selfilərdən, rəqs etdiyi şənliklərdən, öpüşlərdən və qucaqlaşmalardan söz açacaq.

Nikol Paşinyan isə elə düşünüb ki, Makron onun şəxsiyyətinə olan sonsuz  sevgisindən və gördüyü incə diplomatik işlərdən danışacaq.
Makronun cavabı Paşinyan üçün soyuq duş olub:

“Siyasətdəki mövqeyim elədir ki, təəssüratımı bölüşmürəm, hərəkət edirəm, işləyirəm. Hər şeyə öz baxışım var və bu baxışı həyata keçirirəm”.

Həmin vaxtdan artıq 4 il keçib. Yəqin Makron Nikol Paşinyanın indi necə olduğuna dair təsəvvürə malikdir.
Amma nə “Azadlıq”, nə də başqa bir nəşr hazırda ona Paşinyanla bağlı sual verməyəcək. Çünki hamı yaxşı bilir ki, o, ölkəsini düşmənə təslim edib (Azərbaycan öz torpağını hərbi gücü ilə geri alıb). Bu isə heç bir ölkənin rəhbəri üçün qəbuledilməzdir. Makronun onu qıcaqlaması isə yalnız daxili reytinq şkalasından düşməmək üçündür”, deyə nəşr qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin