Parisin Respublika meydanında qarşıdurma ilə nəticələnən etiraz aksiyaları nəticəsində 317 nəfər həbs olunub.
“Nümayiş zamanı asayişin təmin olunması məqsədilə 317 nəfər saxlanılıb və onlar müvəqqəti olaraq həb olunub”x9d, - deyə Paris rayon prefekturasının bəyanatında bildirilir.
Məsələyə Fransa DİN rəhbəri Bernar Kaznev münasibət bildirib: “Ətraf mühit tərəfdarlarının keçirdiyi nümayişin sonunda ekstremistlər polislərə daş, plastik qablar və hətta noyabrın 13-ü terror aktları nəticəsində ölənlərin xatirəsinə qoyulan şamlarla dolu qabları atmağa başlayıblar. Bu cür hərəkətlər terror qurbanlarına qarşı hötmətsizlikdir və qəti şəkildə pislənməlidir”x9d.
Xatırladaq ki, BMT-noyabrın 30-dan dekabrın 11-dək Parisdə iqlim dəyişikliyi ilə bağlı xüsusi konfrans keçirəcək. Tədbirə dünyanın əksər ölkələrinin prezidenti qatılacaq. Konfransa Azərbaycan prezidenti İlham Əliyevin də qatılacağı da gözlənilir./azvision/
					






























































































