Banqladeşdə Baş nazir əleyhinə etirazlar keçirilir

Hazırda oxunan: Banqladeşdə Baş nazir əleyhinə etirazlar keçirilir

108942

Banqladeşin paytaxtı Dakka şəhərində minlərlə insan küçələrə axışaraq mitinq leçirir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar ölkənin baş naziri Şeyx Hasinanın siyasətinə qarşı olduqlarını, onu istəmədiklərini bəyan ediblər.

Polis təhlükəsizlik tədbirlərini gücləndirib və şəhərin girişlərində postlar qurub.

Etirazçılar hökumətin istefasını və yeni seçkilərin keçirilməsini tələb edirlər. Aksiyaya müxalif Banqladeş Millətçi Partiyası rəhbərlik edir.

"Bizim əsas tələblərimiz Şeyx Hasinanın istefası, parlamentin buraxılması, bitərəf müvəqqəti hökumətin azad və ədalətli seçkilər keçirməsinə şərait yaradılmasıdır", - deyə partiya sözçüsü deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin