ABŞ Rusiyaya qarşı SANKSİYALARA davam edir – Bu dəfə MSK sədri “qara siyahıda” 

Hazırda oxunan: ABŞ Rusiyaya qarşı SANKSİYALARA davam edir – Bu dəfə MSK sədri “qara siyahıda” 

108838

ABŞ Maliyyə Nazirliyi Rusiya da daxil olmaqla 9 ölkədən 40 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, sanksiya siyahısına Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova da daxil edilib.

Bundan əlavə, Oleq Yuryeviç Nesterov, Yevgeni Radionoviç Kim, Marina Konstantinovna Sereda, Aleksey Valentinoviç Muratov departamentin “qara siyahısı”na daxil ediliblər.
İddia olunub ki, bu şəxslər Ukraynanın Rusiya tərəfindən ilhaq edilən Donetsk vilayətində “süzgəc məntəqələri”nin ( ölkənin federal dairələri tərəfindən axtarışda olan şəxslərin saxlanması üçün yaradılmış obyektlər – red.) yaradılmasında aparıcı rol oynayıblar. Bildirilib ki, Nesterov bu ərazinin Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı uydurma “referendumun” təşkilində ittiham edilir.

Həmçinin, Oçur-Suge Kerimoviç Monquş və Lyudmila Nikolaevna Zaytsevaya da Dövlət Departamenti tərəfindən sanksiya tətbiq edilib. Onların Ukraynanın mülki əhalisinə qarşı insan haqlarının pozulmasında iştirak etdikləri bildirilir:

“Monquş mülki vətəndaşlara işgəncələr tətbiq etməkdə, Zaytseva isə ukraynalı uşaqların qaçırılaraq Rusiyaya ərazisinə gətirilməsində iştirak edib”.
Bu şəxslərin ABŞ  dövləti və ya müvafiq qurumlarının nəzarəti altında olan bütün əmlakları artıq bloklanıb.

ABŞ Departamentindən bildirilib ki, bu sanksiyaların məqsədi həmin şəxsləri cəzalandırmaq deyil, onların davranışında müsbət dəyişikliklərə təkan verməkdir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin