İranın Londondakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, vəkilin XİN-nə çağırılmasına İranda molla rejiminə etiraz edən gəncin edam edilməsi səbəb olub:
"Biz İran hakimiyyətinə mövqeyimizi açıq şəkildə bildirmişik. İran dərhal edamları dayandırmalı və öz xalqına qarşı zorakılığa son qoymalıdır”.
Qeyd edilib ki, Britaniya XİN-nin Yaxın Şərq Departamentinin direktoru Vijay Rangaracan İranlı vəkillə ölkəsinin şəraitdən asılı olmayaraq, ölüm hökmünün əleyhinə olduğunu qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:06 / 09.12.2022
Britaniya XİN-dən İrana XƏBƏRDARLIQ: “Dərhal öz xalqına qarşı zorakılığa son qoymalıdır”
Hazırda oxunan: Britaniya XİN-dən İrana XƏBƏRDARLIQ: “Dərhal öz xalqına qarşı zorakılığa son qoymalıdır”
Hazırda oxunan: Britaniya XİN-dən İrana XƏBƏRDARLIQ: “Dərhal öz xalqına qarşı zorakılığa son qoymalıdır”
108832
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.