Rusiya İrandan Şahed-131 və Şahed-136-dan ibarət kamikadze dronlarının yeni partiyasını təhvil alıb.
Bizim.Media "yahoo.com"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin gündəlik məlumatında qeyd olunub.
Bildirilib ki, Rusiyanın Ukraynada üç həftə sonra ilk dəfə yenidən İran istehsalı kamikadze dronlarından istifadə etməsi ilə bağlı xəbərlər yayılıb.
Qeyd olunub ki, bu məlumatların yoxlanılması davam edir, lakin çox güman ki, Rusiya bir neçə yüz Şahed-131 və Şahed-136-dan ibarət əvvəlki ehtiyatını tükəndirib və İrandan yeni dronlar tədarük edib.
Məlumatda əlavə olunub ki, dekabrın 6-da Ukrayna Baş Qərargahı 14-ü Şahed-136 olmaqla, 17 PUA-nın vurulması barədə məlumat yayıb. Dekabrın 7-də isə Ukrayna rəsmiləri İran istehsalı kamikadze dronlarının Zaporojye və Dnepr vilayətlərini hədəf alması barədə məlumat paylaşıblar.
Ukrayna tərəfi bundan əvvəl Şahed-136 dronunun vurulmasına dair son məlumat noyabrın 17-də paylaşıb.
“Bu təsdiq edir ki, Rusiya ehtimal ki, hücumlarını yeni tədarük edilmiş kamikadze dronları ilə başladıb”, - deyə məlumatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:03 / 09.12.2022
Rusiya İrandan kamikadze dronların yeni partiyasını alıb
Hazırda oxunan: Rusiya İrandan kamikadze dronların yeni partiyasını alıb
Hazırda oxunan: Rusiya İrandan kamikadze dronların yeni partiyasını alıb
108762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.