Yeni nəsil barmaq izi skanı texnologiyası üzərində iş gedir

Hazırda oxunan: Yeni nəsil barmaq izi skanı texnologiyası üzərində iş gedir

108642

“Samsung” şirkəti barmaq izi skanı texnologiyasının etibarlılıq səviyyəsini dəfələrlə yüksəltməyin yolunu tapıb.

Bizim.Media xəbər verir ki, “Samsung”un yeni texnologiyası birbaşa ekrana inteqrasiya edilən barmaq izi skanını əhatə edir.

Məlumdur ki, ekrana inteqrasiya edilən bu cür skan texnologiyaları eyni anda yalnız bir barmağı skan edə bilirlər. Lakin Samsung-un Samsung Display adlı şöbəsi eyni anda bir neçə barmağı skan etməyi bacaran barmaq izi skanı texnologiyasını hazırlamağı planlaşdırır. Müvafiq texnologiya 2 il ərzində hazırlanmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin