Slovakiya Ukraynaya minalardan təmizləmə sistemini əhatə edən yeni hərbi yardım paketini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal “Facebook” hesabında məlumat verib.
“Bu gün Kiyevdə Slovakiyanın Xarici İşlər naziri Ratislav Keyser, Müdafiə naziri Jaro Nad və İqtisadiyyat naziri Karel Hirman ilə görüşdə nazirlər Ukraynaya silah, maliyyə dəstəyi, 10-cu hərbi yardım paketi və xüsusilə, minalardan təmizləmə sistemlərinin tədarükünü təsdiqlədilər. Qələbə üçün çiyin-çiyinə addımlayırıq”, - deyə nazir qeyd edib.
Nazir 10-cu hərbi yardım paketinə, xüsusən minalardan təmizləmə sistemlərinə görə, həmçinin, Avropa İttifaqı üzvlüyünə gedən yolda dəstəyə görə Slovakiya hökumətinə təşəkkür edib.
Bizim.Media
???? Slovakia is a reliable partner of Ukraine. I met today in Kyiv with the Ministers of Foreign Affairs, Defence & Economy @RastislavKacer, @JaroNad & Karel Hirman. Grateful to PM @eduardheger for his strong support to ?? during the war. We are working side by side for victory. pic.twitter.com/XX13fkAUhz
— Denys Shmyhal (@Denys_Shmyhal) December 8, 2022