Britaniyalı nazir: “Dünya İran rejiminin öz xalqına qarşı törətdiyi zorakılığa göz yuma bilməz” - FOTO 

Hazırda oxunan: Britaniyalı nazir: “Dünya İran rejiminin öz xalqına qarşı törətdiyi zorakılığa göz yuma bilməz” - FOTO 

108624

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İranda hicab qadağasına qarşı etirazlara qoşulan  Mohsen Şakerinin edamına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki,  Kleverli şəxsi "Twitter" hesabında repressiv İran rejiminin bu addımından qəzəbləndiyini bildirib. 

"İranda etirazçının edam edilməsi ilə bağlı faciəvi xəbərdən qəzəbləndim. Dünya İran rejiminin öz xalqına qarşı törətdiyi mənfur zorakılığa göz yuma bilməz. Böyük Britaniya bütün hallarda ölüm hökmünün əleyhinədir", - deyə Britaniyalı nazir qeyd edib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin