“Ruslar ilhaq edilən ərazilərdəki azyaşlıları orduya cəlb edir” – Ukrayna Müdafiə Nazirliyi  

Hazırda oxunan: “Ruslar ilhaq edilən ərazilərdəki azyaşlıları orduya cəlb edir” – Ukrayna Müdafiə Nazirliyi  

108616

“Rusiya Ukraynanın ilhaq olunmuş ərazilərindən 17 yaşlı gəncləri orduya səfərbər etməyə hazırlaşır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib. 

Onun sözlərinə görə, Rusiyada səfərbərlik sona çatmayıb:

“Səfərbərlik hələ də davam edir. Bu dəfə yeni, daha güclü dalğalar, eləcə də formalar, üsullar və uçot sistemləri hazırlanır. Xüsusilə, müvəqqəti olaraq ilhaq olunmuş Ukrayna ərazilərindən azyaşlılar hərbi xidmətə çağırılır”. 

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin  İnsan Hüquqları Şurasının üzvləri ilə videokonfrans şəklində keçirilən görüşdə ölkədə əlavə səfərbərliyə ehtiyac olmadığını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin