Avropa İttifaqı Rusiyanın “Birinci Kanal”, “NTV”, “NTV Mir”, “Rossiya 1”, və ”REN TV” telekanallarının yayım lisenziyalarını dayandırmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Qeyd edilib ki, bu qərar Aİ-nin Rusiyaya yeni – 9-cu sanksiyalar paketində qeyd edilən zorakılıq və müharibə təbliğatı aparan TV kanallara tətiq edilən sanksiyaya əsasən icra ediləcək.
Nəşrin məlumatına görə, Rusiya hərbi-sənaye kompleksi üçün məhsul təmin edən təxminən 169 təşkilat da məhdudiyyətlərə məruz qala bilər.
Bundan əlavə, Aİ rəsmiləri sanksiyaya məruz qalan mallar sırasına təyyarə mühərrikləri və onların hissələrini, noutbukları, sərt diskləri, kameraları və linzaları əlavə etmək istəyirlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:27 / 08.12.2022
Aİ Rusiya TV kanallarının lisenziyalarını DAYANDIRIR - “Rossiya 1”, “Birinci Kanal”, “NTV”…
Hazırda oxunan: Aİ Rusiya TV kanallarının lisenziyalarını DAYANDIRIR - “Rossiya 1”, “Birinci Kanal”, “NTV”…
Hazırda oxunan: Aİ Rusiya TV kanallarının lisenziyalarını DAYANDIRIR - “Rossiya 1”, “Birinci Kanal”, “NTV”…
108615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.