I Pyotrun arvadı türk paşasının YATAĞINDA – Çar əsirlikdən necə xilas oldu? – TARİXİ SİRLƏR

Hazırda oxunan: I Pyotrun arvadı türk paşasının YATAĞINDA – Çar əsirlikdən necə xilas oldu? – TARİXİ SİRLƏR

108491

Məlum olduğu kimi, Rusiya dövlətini imperiyaya çevirən I Pyotr günümüzdə də əksər rusların nəzərində böyük tarixi şəxsiyyət kimi dəyərləndirilir. Hətta, Rusiya Prezidenti Vladimir Putin və digər yüksək vəzifəli dövlət rəsmiləri də çıxışlarında Pyotru xatırlayır, onun vəsiyyətlərindən bəhs edirlər.

Lakin...

I Pyotrun vaxtilə Osmanlıya əsir düşdüyü və öz arvadının sayəsində əsirlikdən qurtulduğunu bilənlərin sayı olduqca azdır.

Bizim.Media xəbər verir ki, tarixçi alim, dosent Zaur Əliyev bununla bağlı araşdırma aparıb.

“1710-cu il noyabrın 20-də Osmanlı dövləti Rusiyaya müharibə elan etdi. 1711-ci il iyunun 30-da rus qoşunları Moldovaya daxil oldu, Dnestri keçib Prut çayının sahilinə çıxdı. 135 minlik türk qoşunu 30 minlik rus qoşununu tamamilə mühasirəyə aldı. Yeniçərilərin hücumu ilə döyüş başlandı və üç saat davam etdi. Türklər 8900, ruslar 4800 nəfər itki verdi. Ümumilikdə isə, Prut yürüşü zamanı rusların itkisi 27.185 nəfər olub. 

Gecə döyüşlərinin birində yeniçərilərin hücumu nəticəsində Rusların “məğlubedilməz” çarları Pyotr türklərə əsir düşür. Onun əsir düşməsi ilə döyüşlər dayanır və Pyotru Osmanlı ordusuna başçılıq edən Baltaçı Mehmed Paşanın hüzuruna gətirirlər. Vəzir çox ağır şərtlər irəli sürüb rusların geri çəkilməsi barədə tələblər irəli sürür. 

Türklərə əsir düşən Rus çarı Pyotr diplomat Pyotr Şafirova məktub göndərərək yazır: “İstənilən şərtlərə razı olun, amma məni qul və əsir olmağıma razı olmayın”.
Baltaçı Mehmed Paşanın nəyə görə sülhə razılaşdığı hələ də tam bəlli deyil. Bəzi mənbələrə görə böyük pul alır, bəzi mənbələrə görə böyük sərvət dəyərində qiymətli əşyalar alır. Bir versiya da (bunu rus müəllifləri yazır) Baltaçı Mehmed Paşa Pyotrun arvadı I Yekatrinanın gözəlliyinin təsiri altına düşməsi ilə bağlıdır.

Belə ki, sülh müqaviləsindən sonra orduda Yekatrinanın Mehmed Paşanı intim əlaqəyə girərək sülhə razı saldığı barədə şayələr gəzməyə başladı.

Həmin döyüşləri təsvir edən fransız La Motreuille yazır: 

“Çariça heç kəsi görmək istəməyən vəzirin çadrına daxil oldu. Qadın gözəlliyinin təsirindən istifadə edərək, vəzirin razılığını almaq üçün danışıqlara başladı, bir müddət sonra çadırdan çıxan Çariça sülh bağlamaq səlahiyyətinin Şafirova verildiyini bilirdi. 

Vəziyyətin çıxılmazlığını görən Yekatrina Baltaçı Mehmed Paşanın çadrına gəlir. Saatlarca orada qalır. Arada gözətçi yeniçəri gəlir və deyir ki, “paşam, paşam Rusiya bizə hücuma başladı”. Paşa deyir: “Qorxma əsgər, bütün Rusiya mənim yatağımdadı”.

Mənbələr yazır ki, vəzirlə görüşün səhəri, iyulun 9-da Yekatrina orduda şura topladı və orada o və ya Şafirov danışıqlara başlamaq təklifi ilə çıxış etdi və şura türklərə sülh təklif etmək, Şeremetyevin adından məktub yazmaq və danışıqları Şafirova həvalə etmək qərarına gəldi.
Bundan sonra Yekaterina generalları və Şafirovu bu qərarı təsdiqləmək üçün Pyotrun çadırına göndərdilər. Nəticədə Osmanlı ordusu döyüşü davam etdirmədi, etdirsə idi paytaxta qədər gəlib çıxacaq və Rusiya dövlətinin mövcudluğuna son qoyulacaqdı. 

Lakin Krım xanının və İsveç kralı XII Karlın israrlarına baxmayaraq, Baltaçı Mehmed Paşa sülh bağlamaqla kifayətlənir (1711-ci il, avqust ayında). 

Məhz Pyotrun arvadı Yekaterinanın sayəsində rus ordusu Osmanlılardan xilas olub geri çəkildi, Osmanlılar da sülhə imza atmağa razı oldular. 

Sonradan I Pyotr kraliçanın Prutdakı davranışını yüksək qiymətləndirdi. 1714-cü ildə kral yalnız qadınlara verilə bilən “Böyük əzabkeş Yekaterina” ordenini təsis etdi. Pyotr öz ayıbını gizlətmək üçün bu ordenin təsis edilməsinə belə şərh verirdi: 
“Əlahəzrət Yekaterina Alekseyevnanın Prut yaxınlığında türklərlə döyüşdə qalması xatirəsinə verilmişdir, belə təhlükəli bir vaxtda o, qadın kimi deyil, kişi kimi özünü aparmışdı..."

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin