Hökuməti buraxan Peru prezidenti SAXLANILDI  

Hazırda oxunan: Hökuməti buraxan Peru prezidenti SAXLANILDI  

108437

Peru prezidenti Pedro Kastilyo polis tərəfindən saxlanılıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq mühafizə orqanının mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Peru prezidenti üsyanda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. 
Bu arada Dövlət Departamenti artıq bəyan edib ki, Kastilonun impiçmenti ilə əlaqədar ABŞ onu keçmiş dövlət başçısı kimi qəbul edir. 

Qeyd edək ki, Peru prezidenti Pedro Kastilyo impiçment elan edilib. Belə ki, dövlət başçısı tərəfindən buraxılan parlamentin plenar iclasında 101 lehinə səslə hökumət Kastilyonun istefasını dəstəkləyib. Bildirilib ki, impiçment elan olunması üçün isə parlamentin 87 səsi lazım olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin