“Qərb Rusiya ilə uzun və çətin münasibətlərə hazır olmalıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Global Boardroom” tədbirində çıxışı zamanı bildirib.
Baş katibin sözlərinə görə, hətta Ukraynada müharibənin bitməsi belə, Rusiya ilə münasibətləri avtomatik olaraq normallaşdırmayacaq:
"NATO Rusiya ilə çətin münasibətlərə uzun müddət hazır olmalıdır. Ukrayna-Rusiya müharibəsi başa çatsa belə, biz Rusiya Federasiyası ilə hansısa yaxşı və ya normal münasibətlərə qayıtmayaçağıq".
Həmçinin, Stoltenberq qeyd edib ki, hazırda Ukraynada müharibəni diplomatik yolla bitirmək üçün heç bir şərait yoxdur, çünki Rusiya danışıqlari yox, yazda yeni hücuma hazırlaşmaq üçün münaqişənin dondurulmasını istəyir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:20 / 07.12.2022
Ukrayna müharibəsinin bitməsi belə, Rusiya ilə Qərbi BARIŞDIRMAYACAQ
Hazırda oxunan: Ukrayna müharibəsinin bitməsi belə, Rusiya ilə Qərbi BARIŞDIRMAYACAQ
Hazırda oxunan: Ukrayna müharibəsinin bitməsi belə, Rusiya ilə Qərbi BARIŞDIRMAYACAQ
108418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.