Rusiya sülhməramlılarının komandanlığına xəbərdarlıq edildi

Hazırda oxunan: Rusiya sülhməramlılarının komandanlığına xəbərdarlıq edildi

108325

Monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri normal şəraitdə baş tutub.

Bizim.Media xəbər verir ki, bunu Apa.az-a İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov bildirib.

Onun sözlərinə görə, monitorinq qrupu aidiyyəti üzrə fikirlərini bildirib və təkliflərini təqdim edib.

Nazirlik nümayəndəsi qeyd edib ki, təbii ehtiyatların qanunsuz istismarına, yataqların qeyri-qanuni işlənməsinə imkan verilməyəcəyi Rusiya sülhməramlılarının komandanlığının diqqətinə çatdırılaraq xəbərdarlıq edilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri başa çatıb.

Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin