Moderator.az xəbər verir ki, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Duqlas Nort 23 noyabr 2015-ci ildə 96 yaşında ABŞ-da vəfat edib.
İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort Və Robert Fogelə verilməsinin səbəbini belə izah edib:
"İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar".


























































































